AZ

“Rusiya ilə sazişə gəlməyin yeganə yolu nəsə verməkdir” –ABŞ dövlət katibi

“Sazişə gəlməyin yeganə yolu odur ki, hər bir tərəf nəyisə alır və hər bir tərəf nəsə verir. Buna görə də Zelenski sabah gələcək”

AzPost bildirir ki, bu sözləri ABŞ dövlət katibi Rubio “Fox Nevs”-ə müsahibəsində deyib.

Rubio bildirib ki, ABŞ Ukraynanı bütün Donbas və digər işğal olunmuş rayonları Rusiyaya verməyə məcbur etmir. Onun sözlərinə görə, bu müharibəyə son qoymağın yeganə yolu Rusiyanın razılığını almaqdır.

“Biz heç vaxt deməmişik ki, Alyaskadakı görüşün nəticəsində hər hansı saziş bağlanacaq. Çünki orada ukraynalı yox idi. Bu, Amerika ilə deyil, iki ölkə – Rusiya və Ukrayna arasında müharibədir”.

AzPost.az

Seçilən
7
50
azpost.info

10Mənbələr