AZ

"Sanderlend" PSJ-dən onu transfer etdi

style='margin-bottom:10px;'>

“Sanderlend” fransalı futbolçu Nordi Mukieleni heyətinə qatıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Sağ cinah müdafiəçisi klubla 4 illik müqavilə imzalayıb. 

Jurnalist Ben Ceykobssun məlumatına görə, “Sanderlend” 27 yaşlı oyunçu üçün PSJ-yə 12 milyon avro ödəyib.

Nordi Mukiele 2022-ci ilin yayında “Leyptsiq”dən PSJ-yə keçmişdi. Paris klubunun heyətində o, bütün turnirlərdə 45 oyun keçirib, 4 qol ötürməsi ilə yadda qalıb. Son mövsümü isə icarə əsasında “Bayer”də keçirib. 

Qeyd edək ki, ötən mövsümün yekununda “Sanderlend” Çempionşipdən Premyer Liqaya yüksəlib.

Seçilən
28
30
teleqraf.com

10Mənbələr