AZ

Tək məhsulla paltaryuyandan gələn pis qoxunu dərhal yox edin

Paltaryuyan maşınlarda bəzən xoşagəlməz qoxu yarana bilər. Pis qoxunun yaranması daxili hissələrdə kir və ərpin yığılmasından qaynaqlansa da, zamanla bu qoxu maşında yuyulan geyimlərə də təsir edir. Sadə, amma təsirli təbii üsullarla paltaryuyan maşından gələn pis qoxuları dərhal aradan qaldırmaq mümkündür.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, paltaryuyan maşından gələn xoşagəlməz qoxuları tamamilə yox etmək üçün bəzi təbii üsullardan istifadə etmək kifayətdir.

Sirkə: Ağ sirkə təsirli təbii turşuluğu ilə həm pis qoxuları aradan qaldırır, həm də maşının içindəki əhəngi təmizləyir. Bunun üçün boş paltaryuyan maşının toz gözü hissəsinə 1 stəkan ağ sirkə töküb qısa proqramda işlətmək kifayətdir. Qoxudan əsər-əlamət qalmayacaq.

Soda: Karbonat həm kifin qarşısını alır, həm də yuyucu toz qalıqlarını təmizləyir. Bunun üçün 2-3 yemək qaşığı karbonatı maşının toz gözü hissəsinə qoyaraq boş şəkildə işə salmaq kifayətdir.

Limon duzu: Təbii turşuluq xüsusiyyəti ilə paltaryuyan maşında pis qoxunun yaranmasının qarşısını alır. Eyni zamanda maşının içində təravət yaradır. Bunun üçün 2 yemək qaşığı limon duzunu maşının baraban hissəsinə qoyub yüksək dərəcədə işlətmək kifayətdir.

Lavanda yağı: Lavanda yağı maşının içindəki pis qoxuları yox etməklə yanaşı, xoş və təravətli bir qoxu bəxş edir. Bunun üçün bir parçanı bir neçə damcı lavanda yağı əlavə edilmiş suya batıraraq maşının baraban hissəsini silmək olar.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
8
8
milli.az

10Mənbələr