AZ

ABŞ nümayəndəsi: Ukrayna üçün geniş sülh razılaşması gündəmdədir

Rusiya Prezidenti Vladimir Putinlə cümə günü keçirilən sammitdə əldə olunan ciddi irəliləyiş ABŞ Prezidenti Donald Trampı dərhal atəşkəsə nail olmaq niyyətindən əl çəkməyə və bunun əvəzində daha genişmiqyaslı sülh sazişi üzərində işləməyə vadar edib.

Operativ Media xəbər verir ki, bunu ABŞ-nin xüsusi nümayəndəsi Stiven Uitkoff CNN telekanalına müsahibəsində deyib.

“Bu görüşdə sülh sazişi üçün tələb olunan digər bütün komponentlər üzrə o qədər böyük irəliləyiş əldə etdik ki, Prezident Tramp diqqətini məhz buna yönəltdi”, – deyə Uitkoff vurğulayıb.

Onun sözlərinə görə, hazırda daha genişmiqyaslı sülh sazişinin imzalanması meyli müşahidə olunur ki, bu da dərhal atəşkəsin zəruriliyini aradan qaldırır.

“Biz elə bir sülh sazişi imzalamağa çalışırıq ki, hərbi əməliyyatları çox sürətlə dayandırsın. Hətta atəşkəsdən də tez. Biz atəşkəs zamanı müzakirə olunmalı bütün məsələləri əhatəli şəkildə danışdıq və razılaşdırdıq”, – ABŞ-nin xüsusi nümayəndəsi qeyd edib.

Uitkoffun sözlərinə görə, Rusiya tərəfi mövqelərini yumşaltmaqda hətta əvvəlki görüşlərlə müqayisədə daha da irəli gedib.

“İlk dəfə olaraq biz əvvəlkindən daha çox güzəşt imkanları görürük. Əvvəlki administrasiya dövrü ilə müqayisədə isə bu, daha da nəzərəçarpandır. Bu, ümidvericidir. İndi biz bunu inkişaf etdirməli və ukraynalılar üçün razılaşmanı təmin etməliyik”, – o əlavə edib.

Seçilən
17
50
operativmedia.az

10Mənbələr