AZ

İçdiyi dərmanlar bağırsaqlarını deşdi – ölümün pəncəsindən qurtuldu

İzmirin Qaziemir rayonunda yaşayan 63 yaşlı təqaüdçü Hadi Aytar gündə 20 fərqli dərman qəbul etdiyi üçün yoğun bağırsağında deşilmə (perforasiya) yaranıb.

E-saglam.az-ın məlumatına görə, şiddətli qarın ağrısı ilə xəstəxanaya çatdırılan Aytar təcili laparoskopik əməliyyatla həyata qaytarılıb.

"Bir anda sanki bıçaq saplandı, ağrıdan yerimdə otura bilmirdim. Ölümə yaxın idim. Çox qorxdum. Şükür ki, əməliyyatdan sonra sağaldım" – deyə o bildirib.

40 illik həyat yoldaşı Sıdıka Aytar da onun illərlə qan təzyiqi, şəkər və digər xəstəliklər üçün çoxsaylı dərman qəbul etdiyini deyib.

Əməliyyatı icra edən cərrah Toylu Meredov qeyd edib ki, dərmanların çoxluğu immun sisteminə və bağırsaqlara ciddi zərər vurub: “Qarnını yuyub təmizlədik, bağırsağı tikdik. İndi normal həyata dönüb”.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
2
8
e-saglam.az

10Mənbələr