Misli Premyer Liqasında ilk turun qarşılaşmaları davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün tək oyun oynanılacaq. "Sumqayıt" doğma meydanda "Kəpəz"i qəbul edir.
"Kimyaçılar"ın baş məşqçisi Saşa İliç bu görüşdə yeni komandasında debüt edir. "Kəpəz" də mövsümlərarası fasilədə baş məşqçisini dəyişib. Gəncə təmsilçisi yenidən Adil Şükürova tapşırılıb.
Artıq oyunda hesab açılıb.
Qeyd edək ki, bu gün keçirilməli olan "Sabah" - "Qarabağ" matçı Ağdam klubunun avrokuboklardakı çıxışına görə təxirə salınıb.
Misli Premyer, Liqası, I tur
17 avqust (bazar), 20:30 “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Vüqar Həsənli
VAR: Rauf Cabarov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qollar: Rüstəm Əhmədzadə (14'), Ramalinqom (26'), Aleksa Yankoviç (38')
Heyətlər:
"Sumqayıt": 1.Mehdi Cənnətov (Q), 8. Səbuhi Abdullazadə (K), 20. Ayxan Süleymanlı, 19. Roy Kehat, 23. Ronaldo Vaskez, 7. Rüstəm Əhmədzadə, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 11. Aleksa Yankoviç, 25.Abdul Raşid
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 56. Aftandil Arixov 30. Kamran Quliyev 6. Rauf Rüstəmli 21. Nihad Əhmədzadə 64. Kənan Feyziyev 75. Nadir Orucov 66. Ruslan Əliyev 97. Vüsal Paşayev 10. Nikola Ninkoviç 71. Masaki Murata 80. Keffel Resende
Baş məşqçi: Saşa İliç
"Kəpəz": 1. Kaçper Rosa 27. Məqsəd İsayev 77. Fərid Nəbiyev 88. Şakir Seyidov 9. Luis Paçu 24. Olavale Onanuqa 12. Mahamadu Ba (k) 14. Adama Fofana 19. Otar Aptsiauri 38. Cefferson Bentu 6. Pedro Qomeş
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 7. Ehtiram Şahverdiyev 99. Əli Səmədov 17. Ümid Səmədov 15. Raul Məmmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 11. Vitor Feijao 55. Kresus Donqo
Baş məşqçi: Adil Şükürov