AZ

"Sumqayıt" "Kəpəz"i darmadağın etdi

SUMQAYIT. 17 avqust. TELEQRAF

Futbol üzrə Azərbaycan Ptemyer Liqasında ilk turun növbəti oyunu "Sumqayıt" və "Kəpəz" komandaları arasında keçirilib.

Teleqraf xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Qolların hamısını yeni transferlər vurub. Rüstəm Əhmədzadə 14-cü, Aleksandr Ramalinqom 26-cı, Aleksa Yankoviç 37-ci dəqiqədə fərqlənib.

Bu, ilk turun ən məhsuldar nəticəsi olub. Əvvəlki görüşlərdə "Turan Tovuz" "İmişli"yə 1:0 hesabı ilə qalib gəlibsə, "Karvan-Yevlax" - "Qəbələ" və "Neftçi" - "Şamaxı" matçları heç-heçə ilə yekunlaşıb - 1:1. Avqustun 19-da "Zirə" və "Araz-Naxçıvan" komandaları qarşılaşacaq. "Sabah" - "Qarabağ" matçı isə qeyri-müəyyən müddətə təxirə salınıb.

Seçilən
24
32
teleqraf.com

10Mənbələr