AZ

"Supermen"də rol alan aktyor vəfat etdi

"Supermen" və "Ulduz müharibələri" filmlərindəki rolları ilə tanınan britaniyalı aktyor Terens Stamp 87 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" aktyorun ailəsinə istinadən məlumat yayıb.

Stamp avqustun 17-də dünyasını dəyişib. Ölümün səbəbi barədə məlumat verilmir.

Terens Stampın aktyorluq karyerası 1960-cı illərdə Londonda başlayıb. Aktyorun ilk əlamətdar işi Oskar mükafatına namizəd olduğu "Billy Budd" (1986) filmi olub. Daha sonra o, "Supermen" (1978) və "Supermen II" (1980) filmlərindəki cani General Zod rolu ilə şöhrət qazanıb.

Bizim.Media

Seçilən
38
50
bizim.media

10Mənbələr