AZ

"1300 nəfər də tezliklə azad olunacaq” - Tramp

"Belarus hakimiyyəti yaxın vaxtlarda daha 1300 məhbusu azad edəcək”.

Avtosfer.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb. 

Ağ Ev rəhbəri buna ümid etdiyini söyləyib. 

“Belarusa və onun güclü liderinə təşəkkür edirəm. Ümid edirəm ki, 1300 nəfər də tezliklə azad olunacaq!”,– deyə ABŞ lideri bildirib.

Xatırladaq ki, avqustun 15-də Belarus Prezidenti Aleksandr Lukaşenko və Ağ Ev rəhbəri arasında telefon danışığı olub.

Onlar regional mövzularla yanaşı, Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Seçilən
19
14
avtosfer.az

10Mənbələr