Daşkəsən şəhərində və bəzi kəndlərdə internet xəttində problem yaranıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, 3 saatdır ki, mərkəzdə, Xoşbulaq və Bayan kəndlərində internet şəbəkəsində problem yaşanır.
İlkin məlumata görə, buna səbəb Bayan kəndində qəza zamanı avtomobilin internet xəttini zədələməsidir.
Hazırda intenetin bərpası istiqamətində iş aparılır.