AZ

Premyer Liqa: “Arsenal” mövsümə 3, “Çelsi” 1 xalla başladı

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 1-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Nottingem Forest” – “Brentford” matçında meydan sahibləri qələbə qazanıblar. “Çelsi” yeni mövsümün ilk matçında “Kristal Pelas”ı qəbul edib və bu oyundan qolsuz ayrılıb. “Mançester Yunayted” isə “Arsenal”la ev oyununda minimal hesabla uduzub.

İlk tura sabah – avqustun 18-də keçiriləcək son bir oyunla yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
1-ci tur

15 avqust

Liverpul – Bornmut 4:2
Qollar: Ekitike, 37. Qakpo, 49. Kyeza, 88. Salah, 90+4 – Semenyo, 64; 76.

16 avqust

Aston Villa – Nyukasl 0:0

Brayton – Fulhem 1:1
Qollar: Orayli, 55-pen – R.Munis, 90+6.

Sanderlend – Vest Hem 3:0
Qollar: Mayenda, 61. Ballard, 73. İsidor, 90+2.

Tottenhem – Börnli 3:0
Qollar: Riçarlison, 10; 60. B.Conson, 66.

Vulverhempton – Mançester Siti 0:4
Qollar: Haland, 34; 61. Reynders, 37. Şerki, 81.

17 avqust

Çelsi – Kristal Pelas 0:0

Nottingem Forest – Brentford 3:1
Qollar: Vud, 5; 45+2. Ndoye, 42 – Tyaqo, 78-pen.

Mançester Yunayted – Arsenal 0:1
Qol: Kalafyori, 13.

18 avqust

23:00. Lids – Everton

Seçilən
20
3
arena.az

10Mənbələr