AZ

İsmayıllıda avtomobil idarəetmədən çıxaraq aşıb, xəsarət alanlar var

ain.az, Azertag portalına istinadən məlumat verir.

İsmayıllı, 17 avqust, Rəşad Türkoğlu, AZƏRTAC

İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib. Qəza axşam saatlarında Qaraməryəm–İsmayıllı avtomobil yolunun Kürdmaşı kəndi ərazisində qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə, hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı Göyçay rayon sakinləri – 28 yaşlı F. Əsədov və 54 yaşlı Ş. Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
50
azertag.az

10Mənbələr