ain.az bildirir, Footbal-plus portalına istinadən.
Məlumdu ki, "Qarabağ" Çempionlar Liqasının pley-offunda Macarıstan "Ferentsvaroş"u ilə qarşılaşacaq. "Köhlən atlar" bu rəqibi mübarizədən kənarlaşdırsa, tarixində ikinci dəfə Avropanın ən mötəbər klub turnirinin əsas mərhələsində çıxış edəcək. Təbii ki, qarşıdakı matçlar macarıstanlı həmkarlarımızın da maraq dairəsindədi. "Football-plus.az" sizi "Nemzeti Sport"un oyundan gözləntiləri haqda yazısıyla tanış edir.
"Qarabağ" tarixində ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmağa yaxındı. Qurban Qurbanovun komandası düşünülmüş və diqqətlə seçilmiş transferlər sayəsində daha da güclənib. Bunlardan biri də "yaşıl-ağlar"dan "Qarabağ"a transfer edilən Kadi Borgesdi. Heç şübhəsiz, rəqibin bir nömrəli qol ümidi məhz o olacaq."Qarabağ" əvvəlki oyunlarda "Şelburn" və "Şkendiya"ya qarşı möhtəşəm mübarizə apardı. Heç kim Azərbaycan komandasının bu rəqiblərlə mübarizədən qalib ayrılacağına şübhə etmirdi. Ancaq bu nəticələrə bel bağlamaq olmaz. "Qarabağ"ın indiyəqədərki uğurları yanıldıcıdı, rəqəmlər "şişib". Şimali İrlandiya və Şimali Makedoniya klublarının təcrübəsi və büdcəsi "Qarabağ"la müqayisədə qat-qat az idi. Bu üzdən "Qarabağ"ın 10 qol vurması, cəmi 1 qol buraxması, mütəxəssislər tərəfindən əsas mərhələyə yüksələcəklərinin proqnozlaşdırılması "Ferentsvaroş"u çəkindirməməlidi. Düzdü, Budapeşt təmsilçisi də Ermənistanın "Noa" klubuyla oyunlarda eyni səbəblərdən ciddi çətinlik yaşamadı. Ancaq "Ludoqorets"lə oyunlar səviyyə fərqini ortaya qoydu. Qısası, "Ferentsvaroş"un "Qarabağ"a uduzması üçün hansısa səbəb yoxdu. Baxmayaraq ki, rəqib turnirə tarixinin ən böyük büdcəsiylə qoşulub".
KƏNAN BAHADIR
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.