AZ

“İlk növbədə istəyirdik ki, birinci oyunda xal qazanaq” Adil Şükürov

ain.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Kəpəz”in baş məşqçisi Adil Şükürov Misli Premyer Liqasının 1-ci turunda “Sumqayıt”a 0:3 hesabı ilə uduzduqları oyunu şərh edib. 

İdmanxeber.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: 

“İlk növbədə istəyirdik ki, birinci oyunda xal qazanaq, yaxşı nəticə ilə Gəncəyə qayıdaq. Amma təəssüflər olsun ki, ələ düşən imkanımızdan istifadə edə bilmədik. Nəticədə futbolun yazılmamış qanunu öz işini gördü və komandamız qol buraxdı. Bundan sonra da biz hücumda olduğumuz halda əks-hücumda ikinci qolu buraxdıq. Bunun ardınca komandada ruh düşkünlüyü yarandı və yekunda məğlub olduq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
27
idmanxeber.az

10Mənbələr