AZ

İsmayıllıda avtomobil aşdı - 2 nəfər xəsarət aldı - FOTO

İsmayıllıda yol qəzası baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Qaraməryəm–İsmayıllı avtomobil yolunda, rayonun Kürdmaşı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan sürücü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
 

Qəza zamanı maşında olan 1997-ci il təvəllüdlü F. Əsədov və 1971-ci il təvəllüdlü Ş. Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Bizim.Media, Aran bürosu

Seçilən
16
49
bizim.media

10Mənbələr