AZ

Tovuzda 75 yaşlı qadını avtomobil vuraraq öldürüb

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Tovuzda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-yerli bürosunun məlumatına görə hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən piyada 1950-ci il təvəllüdlü S. Mejdinovanı vurub və piyada hadisə yerinə ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
34
apa.az

10Mənbələr