AZ

Tovuz sakini qonşusunu avtomobillə vuraraq öldürüb

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Ramal Mürşüdov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə qonşusu, 1950-ci il təvəllüdlü Solmaz Mejdinovanı vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
33
38
report.az

10Mənbələr