AZ

Adil Şükürov: “Hələ tam formalaşmamışıq”

futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Premyer Liqasının I turunun “Sumqayıt” – “Kəpəz” oyunundan (3:0) sonra qonaq komandanın baş məşqçisi Adil Şükürov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– İlk oyunda yaxşı nəticə qazanmaq istəyirdik. Əlimizə düşən imkandan istifadə edə bilmədik və futbolun yazılmamış qanunu özünü göstərdi – rəqib fərqləndi. İkinci qol da biz hücuma çıxandan sonra oldu. Bundan sonra komandada eniş yaşandı və məğlub olduq.

– Bu heyət sizi qane edir?

– Yeni yığılan komandayıq. Hələ tam formalaşmamışıq, bəzi oyunçular komandaya qatılacaq. Elə etməliyik ki, xallar qazanaq, qarşımıza qoyulan məqsədə çataq.

– Komandanın kapitanı Əli Səmədov meydana çıxmadı. Hazır deyilsə nə üçün iştirak ərizəsindəydi və ya nə üçün sona qədər ehtiyatda qaldı?

– Bu gün məşqçilər korpusu olaraq belə qərar verdik.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
27
futbolpress.az

10Mənbələr