AZ

Paşinyan üzr istədi

Ermənistanın Baş naziri Nikol Paşinyan ruhanilərə qarşı bir müddət öncə sosial şəbəkədə yazdığı ifadələrə görə ictimaiyyətdən üzr istəyib.


Manset.az xəbər verir ki, Paşinyan müvafiq komissiyanın qərarından sonra üzr istəməyə məcbur olub.

Baş nazir bildirib ki, komissiyanın qiymətləndirməsi ilə razılaşmasa da, hamıdan üzr istəyir.

O, qalmaqala səbəb olan ifadələrini özündə qüsur kimi qeyd edərək, emosiyalarını daha yaxşı idarə etməyi öyrənməli olduğunu bildirib.

Paşinyan üzr istəməsinin səbəbini isə tolerantlıq, demokratik təsisatlara dözümlülük və hörmətlə izah edib.

Qeyd edək ki, mayın 30-da N.Paşinyan və arvadı Anna Akopyanın Ermənistan Apostol Kilsəsinin (EAK) ruhanilərinə qarşıifadələri ölkədə siyasi və ictimai qalmaqala səbəb olmuşdu.

Baş nazir qalmaqala səbəb olan fikrində bildirmişdi ki, kilsədə subaylıq andını pozan bütün ruhanilərin öz mənəvi xidmətlərindən getməli, kilsələrdən rədd olmalıdırlar.

Seçilən
53
35
manset.az

10Mənbələr