AZ

Paşinyan üzr istədi

Ermənistanın Baş naziri Nikol Paşinyan ruhanilərə qarşı bir müddət öncə sosial şəbəkədə yazdığı nalayiq ifadəyə görə ictimaiyyətdən üzr istəyib.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan müvafiq komissiyanın qərarından sonra üzr istəməyə məcbur olub.

Baş nazir nalayiq ifadəsini özündə qüsur kimi qeyd edərək, emosiyalarını daha yaxşı idarə etməyi öyrənməli olduğunu bildirib.

Paşinyan üzr istəməsinin səbəbini isə tolerantlıq, demokratik təsisatlara dözümlülük və hörmətlə izah edib.

Qeyd edək ki, mayın 30-da N.Paşinyan və arvadı Anna Akopyanın Ermənistan Apostol Kilsəsinin (EAK) ruhanilərinə qarşı təhqiramiz ifadələr işlətməsi ölkədə siyasi və ictimai qalmaqala səbəb olmuşdu.

"Cebheinfo.az" 

Seçilən
13
34
cebheinfo.az

10Mənbələr