Bakı. Trend:
“Krasnodar”ın forvardı Con Kordoba Türkiyə Superliqasında oynayabilər.
Trend xəbər verir ki,“Göztepe” ötən mövsüm “Krasnodar”ın heyətində Rusiya çempionu olankolumbiyalı üçün müəyyən addımlar atıb.
Kolumbiya millisinin 32 yaşlı hücumçusu öz də “Göztepe”də oynamağamaraqlıdır.
İzmir təmsilçisi Romulonu “Leyptsiq”ə satdıqdan sonra onunboşluğunu məhz Kordoba ilə doldurmaq niyyətindədir.
Kordoba 2021-ci ildən Rusiya klubunda oynayır və müqaviləmüddəti 2027-ci il iyunun 30-na qədərdir. Təcrübəli forvardkaryerası ərzində “Espanyol”, “Qranada”, “Maynts”, “Köln”, “Herta”klublarında çıxış edib.