Müğənni Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.
Doğru.az xəbər verir ki, bu barədə məlumatı Milli.Az yayıb.
İlkin məlumata görə, müğənni 2 il əvvəl Moskvada həbsdə olan azərbaycanlı iş adamını azadlığa buraxacağına söz verərək dələduzluq əməlini törədib. Lakin həmin şəxs azadlığa buraxılmayıb. İş adamının yaxınlarının verdiyi 520 min dollar pulun müqabilində bu vəd yerinə yetirilmədiyi üçün cinayət işi başlanıb və Rəqsanə İsmayılova həbs olunub.
Müğənni Cinayət Məcəlləsinin 178.4-cü maddəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə təqsirləndirilir. Bu maddəyə əsasən, 10 ildən 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Lakin dəymiş ziyanın tam ödənilməsi və dövlət büdcəsinə 50% ödəniş edilməsi halında cinayət məsuliyyətindən azad edilə bilər.
Hazırda Rəqsanə İsmayılovaya qarşı 4 aylıq həbs-qətimkan tədbiri seçilib, istintaq davam edir.
DOĞRU.AZ