Misir və Qətər Qəzza zolağı ilə bağlı Fələstinin HƏMAS hərəkatına yeni təklif göndərib.
Publika.az xəbər verir ki, bu barədə Al Hadath telekanalı mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, təşəbbüs iki ölkənin nümayəndələri tərəfindən bir sıra fələstinli fraksiya liderlərinin iştirakı ilə radikallara təqdim olunub. Fraksiya rəhbərləri HƏMAS-dan “yaxın saatlarda” cavab hazırlamağı tələb ediblər.
Ötən həftə HƏMAS İsrail qoşunlarının çıxarılması müqabilində Qəzza zolağından silahlı birləşmələrini çıxarmağa hazır olduğunu bəyan edib. Eyni zamanda, Fələstin hərəkatı hərbi əməliyyatların dayandırılması üçün beynəlxalq təminatları özündə əks etdirən yazılı razılaşma tələb edirdi.
Avqustun 8-də İsrailin təhlükəsizlik kabineti baş nazir Benyamin Netanyahunun ordunun Qəzza zolağı üzərində nəzarətini təmin etmək planını təsdiqləyib
Ölkə hökumətinin əksəriyyəti müharibənin dayandırılması üçün beş şərti də təsdiqləyib:
HƏMAS-ın tam tərksilah olunması,