AZ

Boğaz ağrısı ilə xəstəxanaya getdi: Antibiotik müalicəsindən bir gün sonra öldü

İngiltərədə 29 yaşlı Maykl Reynolds boğaz ağrısı ilə xəstəxanaya müraciət etdikdən sonra dünyasını dəyişib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Linkolnşir əyalətində yaşayan gənc, həkimlər tərəfindən tonzillit diaqnozu ilə müalicəyə başlayıb, ona oral antibiotiklər təyin olunub.

Lakin müalicənin ikinci günündə onun vəziyyəti qəfil pisləşib və huşunu itirib.

Reynoldsun ailəsi bildirir ki, müayinə zamanı o, boğazında sıxılma hissi və yeyib-içə bilməmə kimi şikayətlərini dilə gətirib, hətta tüpürcəyini udmaqda çətinlik çəkdiyini deyib. Buna baxmayaraq, həkimlər bu simptomları nəzərə almamış və ciddi tədbirlər görməyiblər.

Xəstə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Sonradan aparılan ekspertiza onun nəfəs borusunu bağlayan şiş səbəbindən oksigensiz qaldığını və infarkt keçirdiyini təsdiqləyib. Ölüm səbəbi "yuxarı tənəffüs yollarının tıxanması və epiqlottit səbəbindən hipoksik ürək dayanması" kimi göstərilib.

Hadisə ilə bağlı məhkəmə araşdırması zamanı 2023-cü ildə həkimlərin səhlənkarlıq etdiyi və epiqlottitin əlamətlərini vaxtında tanımadıqları müəyyən edilib. Bu isə gəncin faciəvi ölümünə səbəb olub.

Kənan
Milli.Az

Seçilən
30
milli.az

1Mənbələr