AZ

Qovun ödemi azaldır və bağırsaq fəaliyyətini yaxşılaşdırır

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Diyetoloq Tatyana Jarovskaya bildirib ki, qovun tərkibindəki lif və minerallar orqanizm üçün faydalı olmaqla yanaşı, ödemin (şişkinliyin) azalmasına da kömək edir.

Onun sözlərinə görə, hüceyrələrarası boşluqlarda toplanan natrium artıq mayenin yığılmasına səbəb olur. Kalium isə bu balansı tənzimləyir və hüceyrələrin maye-qida mübadiləsində mühüm rol oynayır. Qovun da kalium baxımından olduqca zəngin bir meyvədir.

"Qovun, mineral tərkibi ilə ödemə qarşı mübarizədə əla seçimdir. Həmçinin bağırsaq problemi yaşayanlara tövsiyə edilir. Tərkibində fruktoza əvəzinə mikrobiomu normallaşdıran və şişkinliyi azaldan eritritol maddəsi var"- deyə həkim vurğulayıb.

Lakin Jarovskaya qeyd edib ki, qovun hər kəs üçün uyğun deyil. Xüsusilə bu meyvəyə qarşı dözümsüzlüyü və ferment çatışmazlığı olan şəxslərdə istifadəsi arzuolunmazdır.

Sonda o, hər hansı qidanın həddindən artıq istehlakının zərərli ola biləcəyini xatırladaraq, gündəlik qovun miqdarının 250-350 qramı keçməməsini tövsiyə edib.

Kənan

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
news.milli.az

1Mənbələr