Rusiya Ukraynanın beş regionu üzrə güzəştə gedib.
Senzor.az bildirir ki, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff bunu CNN telekanalının efirində deyib.
Uitkoff məhz hansı beş regiondan söhbət getdiyini dəqiqləşdirməyib.
O bəyan edib ki, Moskva Ukraynanın beş regionu ilə bağlı güzəştə getməyə razılıq verib. Onun sözlərinə görə, Vaşinqton Rusiya ilə Ukrayna arasında ərazilərin mübadiləsi məsələsini avqustun 18-də Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirəcəyi görüşdə müzakirə edəcək.
“Ukrayna münaqişəsinin həlli üzrə əsas məsələ ərazilərin mübadiləsi məsələsidir. Biz bunu bazar ertəsi müzakirə etmək niyyətindəyik. Ümid edirəm, bu mövzuda müəyyən aydınlıq əldə edəcəyik və ümid edirəm ki, bu, çox yaxın zamanda sülh sazişi ilə nəticələnəcək”, – deyə o vurğulayıb.