AZ

Cari ilin ilk yarısında Türkiyənin Azərbaycana ixracının həcmi 1,4 milyard dolları keçib

Bakı. Trend:

Cari ilin birinci yarısında Türkiyənin Azərbaycana ixracınınhəcmi 1 milyard 417 milyon 850 min dollara çatıb.

Bu barədə TrendTürkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına istinadla xəbərverir.

TÜİK-in məlumatına görə, Türkiyə məhsullarının Azərbaycanatədarük həcmi türk dövlətləri arasında Qazaxıstandan sonra ikinciyerdədir (1,51 milyard dollar).

Ümumilikdə, 2025-ci ilin yanvar-iyun aylarında TürkiyəAzərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstana5,1 milyard dollara qədər mal və məhsul ixrac edib.

Türkiyənin Özbəkistana ixracı ilin birinci yarısında 931 milyondolları, Qırğızıstana 639 milyon dolları, Türkmənistana 595 milyondolları keçib.

2025-ci ilin yanvar-iyun aylarında türk dövlətlərindən Türkiyəyəidxalın həcmi isə 4 milyard 3 milyon dollar təşkil edib.

Seçilən
3
4
az.trend.az

3Mənbələr