AZ

İspaniya fəlakət yaşayır: irimiqyaslı meşə yanğınlarının sayı 20-yə çatıb

İspaniya

Qızmar istilərin meşə yanğınları ilə mübarizəni çətinləşdirdiyi İspaniyada son 20 ildə ən şiddətli meşə yanğınları mövsümündən biri yaşanır.

Meşə yanğınlarından ən çox zərər çəkən ölkələrdən biri olan İspaniyada 20 irimiqyaslı meşə yanğınını nəzarət altına almaq üçün səylər davam edir. Hökumət yanğın ilə mübarizəyə dəstək vermək üçün əlavə 500 əsgər göndərib. Bununla meşə yanğınları ilə mübarizəyə göndərilən əsgərlərin sayı ölkə üzrə təxminən 1900-ə yüksəlib.

Meşə yanğınları səbəbindən tətilini yarımçıq qoymaq məcburiyyətində qalan İspaniyanın Baş naziri Pedro Sançes, ən çox zərər çəkən bölgələrdən biri olan Ourensedə keçirdiyi mətbuat konfransında "Bizi çətin günlər gözləyir və təəssüf ki, hava şəraiti bizim xeyrimizə deyil" deyib. Sançes hökumətin meşə yanğınlarından zərər çəkənlərə kömək etmək üçün əlindən gələni edəcəyini vurğulayıb.

Baş nazir "İspaniyada baş verənlər, yəqin ki, Aİ Mülki Müdafiə Mexanizmi tarixindəki ən böyük müdaxilədir" deyərək Fransa, Slovakiya, Almaniya və Hollandiya kimi ölkələrə meşə yanğınları ilə mübarizədə İspaniya ilə həmrəyliklərinə görə təşəkkür edib. Sanchez yanğınların ölçüsünün və tezliyinin artmasının birbaşa iqlim böhranı ilə əlaqəli olduğunu və Pireney yarımadası kimi bölgələrin bu yeni normalar qarşısında həssas olduğunu qeyd edib.

Seçilən
17
35
xalqcebhesi.az

10Mənbələr