Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Avqustun 18-də gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumatı əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.Bakıda havanın temperaturu gecə 21-24, gündüz 27-32 dərəcə isti olacaq.Atmosfer təzyiqi 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.Bölgələrdə havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.