AZ

Bu ölkədə güclü zəlzələ oldu

Əlcəzair-Tunis sərhədində 4,8 maqnitudalı zəlzələ baş verib.Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri Əlcəzairin Henşela şəhərindən 115 km cənub-şərqdə və Tunisin Tameqza şəhərindən 50 km qərbdə yerləşib. Zəlzələnin ocağı yerin 10 km dərinliyində olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Seçilən
18
50
metbuat.az

10Mənbələr