AZ

Türkiyədə sərnişin avtobusu aşıb: 3 nəfər ölüb, 20 nəfər yaralanıb

İstanbulda Şimali Mərmərə magistralında sərnişin avtobusu aşıb.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, qəza nəticəsində üç nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Bildirilib ki, yerli vaxtla 6:15-də İstanbul-Şimali Mərmərə yolunun Sancaktepe mahalının Paşaköy məhəlləsi yaxınlığında Tokatdan Tekirdağa gedən sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində maneəyə çırpılıb.

Yaralılar təcili tibbi yardım əməkdaşları tərəfindən yaxınlıqdakı xəstəxanalara çatdırılıb. 

Qəza ilə bağlı araşdırma başladılıb.

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
40
21
missiya.az

10Mənbələr