AZ

WSJ: Aİ Trampın bugünkü görüşdə Zelenskiyə təzyiq göstərəcəyini gözləyir

Avropa rəsmiləri ABŞ Prezidenti Donald Trampın 18 avqustda keçiriləcək görüşdə Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya-Ukrayna münaqişəsinin rəsmi Moskva tərəfindən təklif olunan sülh şərtlərini qəbul etməsi üçün təzyiq göstərəcəyini gözləyirlər.

Bu barədə "The Wall Street Journal" qəzeti yazır.

Qəzetin məlumatına görə, avropalılar Zelenskinin əsas vəzifəsinin Trampı münaqişənin tezliklə dayandırılması üçün daha üstün alternativlər olduğuna inandırmaq olduğunu düşünürlər.

Nəşr qeyd edir ki, Avropa nümayəndələri şəxsi qaydada etiraf edirlər ki, Ukrayna bütün ərazilərini qaytara bilməyəcək, lakin itkiləri minimuma endirməkdə və Rusiya tərəfindən işğal edilmiş Ukrayna torpaqlarını Rusiyanın ərazisi kimi tanımamaqda israr edirlər.
Seçilən
26
25
7news.az

10Mənbələr