Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol görüşləri keçiriləcək.
Hafta.az xəbər verir ki, İngiltərə Premyer Liqasında "Lids Yunayted" klubu "Everton"u qəbul edəcək. İtaliya Kubokunda isə "Kerinyola" klubu "Verona" ilə, "Speziya" klubu "Sampdoriya" ilə, "Udineze" klubu "Karrareze" ilə, "Torino" isə "Modena" ilə üz-üz gələcək. İspaniya La Liqasında "Elçe" klubu "Real Betis"lə, Türkiyə Superliqasında isə "Kasımpaşa" klubu "Trabzonspor"la qarşılaşacaq.
18 avqust
İtaliya Kuboku
Saat 20:00, "Kerinyola" - "Verona";
Saat 20:30, "Speziya" - "Sampdoria";
Saat 22:45, "Udineze" - "Karrareze";
Saat 23:15, "Torino" - "Modena".
Türkiyə Superliqası
Saat 22:30, "Kasımpaşa" - "Trabzonspor".
İngiltərə Prmeyer Liqası
Saat 23:00, "Lids Yunayted" - "Everton".
İspaniya La Liqası
Saat 23:00, "Elçe" - "Real Betis".