Ekvadorun Santo Dominqo de los Tsaçilas şəhərində yerləşən bilyard zalına maskalı şəxslər tərəfindən silahlı basqın edilib.
Bakues.az xəbər verir ki, Milli medianın məlumatına görə, uzun lüləli silahlarla açılan atəş nəticəsində 7 nəfər hadisə yerində ölüb.
Hadisə barədə polisə məlumat daxil olduqdan sonra bölgəyə xüsusi komandalar cəlb olunub. Hazırda şübhəlilərin tutulması üçün genişmiqyaslı əməliyyat davam etdirilir.