AZ

“Suraxanı” gəmi-muzeyinin layihəsi ICOM-un beynəlxalq mükafatının ilkin siyahısına daxil olub

Bakı.Trend:

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təsis etdiyi “MuzeylərdəDayanıqlı İnkişaf Təcrübəsi üzrə ICOM Mükafatı”-nın uzun siyahısıaçıqlanıb. Siyahıda Azərbaycandan yalnız “Suraxanı” gəmi-muzeyinintəqdim etdiyi “Xəzərin irsi” layihəsi (https://icom.museum/en/icom-award-for-sustainable-development-practice-in-museums-longlist-of-eligible-projects/)yer alıb.

Trend xəbərverir ki, bu barədə ASCO məlumat yayıb.

ICOM-un 2024-cü ildə elan etdiyi müsabiqəyə ümumilikdə 124ölkədən müraciət daxil olub. Münsiflər heyəti layihələr arasındanilkin seçim edərək 60 ölkənin 130 layihəsindən ibarət uzun siyahıformalaşdırıb. Növbəti mərhələdə bu layihələr qiymətləndirilərəkqısa siyahı müəyyənləşdiriləcək, yekunda isə üç finalçı seçiləcək.Qaliblər 2025-ci ilin dekabrında Dubayda ICOM-un Baş Konfransındaelan olunacaq.

Layihələr beynəlxalq münsiflər heyəti tərəfindən “2030Gündəliyi” və Dayanıqlı İnkişaf Məqsədlərinin beş əsas istiqaməti(İnsanlar, Planet, Firavanlıq, Sülh və Tərəfdaşlıq) üzrəqiymətləndirilir.

“ICOM Mükafatı” muzey sahəsində dayanıqlı inkişaf istiqamətindəinnovativ təşəbbüsləri və nümunəvi təcrübələri tanıyan ilk qlobalmükafatdır və bu, ICOM-un bütün üzvlərinə ünvanladığı ilkbeynəlxalq mükafat kimi xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, dünyanın ilk tanker muzeyi “ICOM Mükafatı”-na2023-cü ildə “Heydər Əliyev İli” və Azərbaycan Xəzər DənizGəmiçiliyinin 165 illik yubileyi ilə əlaqədar sərgi olaraq həyatakeçirilmiş “Xəzərin irsi”, eləcə də bu layihə çərçivəsində ötən il– “Yaşıl Dünya Naminə Həmrəylik İli” və “COP 29”-a həsr olunmuş“Daha az plastik, daha çox həyat:təmiz dəniz üçün birlikdə!” deviziilə reallaşdırılmış “Art Plast” layihəsi ilə müraciət edib.

“Xəzərin irsi” sərgisində Xəzərin dibindən çıxarılmış qədimeksponatlar, sualtı arxeoloji qrupun dalğıc avadanlığı vələvazimatları nümayiş olunub. Həmçinin ziyarətçilər Azərbaycanın sualtında qalmış şəhərləri, batmış orta əsr gəmiləri, zənginmədəniyyəti və çoxşaxəli ticarət əlaqələri haqqında məlumat əldəedə biliblər.

“Art Plast” layihəsi çərçivəsində isə plastik, metal və digərməişət tullantılarından istifadə olunaraq 5 metr uzunluğa malikbalıq, eyni zamanda hər birinin hündürlüyü təxminən 2 metrdən çoxolan qağayı, suiti və dəniz atı formasında hazırlanmışinstallyasiyalar, plastik qablardan düzəldilmiş 4 metr uzunluğuolan dünya xəritəsi installyasiyası, eləcə də istismar müddətinibaşa vurmuş qayıqlardan güldanlar düzəldilərək “Suraxanı”gəmi-muzeyinin qarşısında yerləşdirilib. Bu “eko-art”lar ətrafmühiti təmiz saxlamağın əhəmiyyətinə, plastik çirklənməsininekosistem üçün təhlükələrinə, xüsusilə dəniz canlılarınınqorunmasının vacibliyinə diqqət çəkməklə yanaşı, tullantılarınistifadəyə yararlı məhsullara çevrilməsinin, hətta onlardan sənətəsərləri yaratmağın mümkünlüyünü əyani formada nümayiş etdirir.

Məqalədə:
Seçilən
37
50
az.trend.az

10Mənbələr