AZ

Yunanıstandan Almaniyaya uçan təyyarə alovlara QƏRQ OLDU – ANBAAN VİDEO

Almaniyanın Condor aviaşirkətinə məxsus, Korfu adasından Düsseldorf şəhərinə uçan sərnişin təyyarəsində havaya qalxdıqdan dərhal sonra yanğın baş verib. 

Bizim.Media xəbər verir ki, bu barədə RTL nəşri məlumat yayıb.

Məlumata görə, Boeing 757-300 tipli laynerdə 263 sərnişin və 8 ekipaj üzvü olub. Uçuşdan az sonra təyyarənin mühərriklərindən biri alışıb.
 

Pilotlar dərhal qərar verərək təyyarəni İtaliyanın Brindizi şəhərinə endiriblər. Təyyarə uğurla təcili eniş edib.


Aviaşirkət nümayəndələrinin sözlərinə görə, yanğın hava təchizatındakı nasazlıq səbəbindən baş verib. Brindizidəki otellərdə yer çatışmadığından bir çox sərnişin gecəni hava limanında keçirməli olub. Condor şirkəti təcili olaraq İtaliyaya başqa bir təyyarə göndərib və sərnişinlərin Düsseldorf şəhərinə çatdırılması planlaşdırılır.


Bizim.Media

Seçilən
12
27
bizim.media

10Mənbələr