AZ

Cəlilabadda elektrik dirəkləri aşıb, cərəyan 10-a yaxın iribuynuzlu heyvanı öldürüb

Cəlilabad rayonunda iribuynuzlu heyvanlar elektrik vurması nəticəsində tələf olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonunun Zərbiəlli kəndində qeydə alınıb.

Belə ki, kənd ərazisində biçilmiş əkin sahəsinin yandırılması səbəbindən yüksək gərginlikli elektrik dirəkləri yanıb və aşıb. Həmin vaxt həmin ərazidə otlayan 10-a yaxın iribuynuzlu heyvanı elektrik cərəyanı vuraraq tələf edib.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verildikdən sonra baş vermiş qəzanın nəticələri aradan qaldırılıb.

Seçilən
33
50
report.az

10Mənbələr