AZ

Cəlilabadda elektrik dirəkləri aşdı, iribuynuzlu heyvanlar tələf oldu

Cəlilabad rayonunda iribuynuzlu heyvanlar elektrik vurması nəticəsində tələf olub.

Avtosfer.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Zərbəli kəndində qeydə alınıb.

Kənd ərazisində biçilmiş əkin sahəsinin yandırılması səbəbindən yüksəkgərginlikli elektrik dirəkləri yanaraq aşıb. Həmin vaxt həmin ərazidə otlayan 10-a yaxın iribuynuzlu heyvanı elektrik cərəyanı vuraraq tələf edib.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verildikdən sonra baş vermiş qəzanın nəticələri aradan qaldırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
24
11
avtosfer.az

10Mənbələr