AZ

Adanada baş verən meşə yanğını nəzarət altına alınıb

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Adananın İmamoğlu rayonunda baş verən meşə yanğını nəzarət altına alınıb.

TurkicWorld xəbər verir ki, yanğın dünən yerli vaxtla saat 15:57-də Üçtəpə məhəlləsində başlayıb. Söndürülməsinə Meşə Təsərrüfatı Regional Müdirliyindən 2 yanğınsöndürən təyyarə, 6 helikopter, 23 su maşını, 11 su təchizatı maşını, tikinti texnikası və 182 nəfərlik heyət cəlb olunub.

Komandaların gecə boyu davam edən səyləri nəticəsində yanğın nəzarət altına alınıb, hazırda ərazidə soyutma işləri aparılır. İlkin araşdırmalara görə, yanğının qəsdən törədildiyi ehtimal edilir və məsələ ilə bağlı jandarma qrupları tərəfindən araşdırma başlanılıb. Tüstüdən zəhərlənən 3 nəfərə isə təcili tibbi yardım göstərilib.

Qeyd edək ki, Türkiyənin cənub bölgələri yay aylarında yüksək temperatur səbəbindən meşə yanğınlarına daha həssas olur.

Seçilən
64
38
turkic.world

10Mənbələr