İsraildə bir milyondan çox insan hökumətin Qəzza zolağının işğalı planları əvəzinə məhbus mübadiləsi razılaşması tələbi ilə keçirilən ümumi tətil və etiraz aksiyalarında iştirak edib - "Anadolu" İsrail Məhbus Ailələrinin Birləşmiş Platformasına istinadən xəbər verir
Nümayişlərdə “Hökumətin məhbusları qurban verməsinə icazə verməyəcəyik” şüarları səsləndirilib.