AZ

“Borussiya” “Barselona”nın futbolçusunu transfer etmək istəyir

“Borussiya” (Dortmund) “Barselona”nın gənc futbolçusu Gille Fernandezi heyətinə qatmaq istəyir.

İdmanxeber.az xəbər verir ki, Almaniya klubu 17 yaşlı yarımmüdafiəçi ilə bağlı Kataloniya təmsilçisinə rəsmi müraciət edib.

Fernandez hazırda “Barselona Atletik”də çıxış edir. O, həmçinin son iki yayda əsas komandanın təlim-məşq toplanışına dəvət olunub.

Ötən mövsüm ispaniyalı futbolçu “Barselona Atletik”də 32 oyuna çıxıb, 7 qol və 1 assistlə yadda qalıb. “Transfermarkt” onun dəyərini 3 milyon avro olaraq göstərir.

 

Seçilən
28
26
idmanxeber.az

10Mənbələr