AZ

Mehriban Abasquliyeva yenidən hakim qarşısında - Tibb bacıları ifadə verir

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Fatimə Bağırova deyib ki, hadisə baş verən mərkəzdə tibb bacısı işləyib:

“Mən mərkəzdə gündüz növbəsində çalışırdım. Səhər işə gələndə gördüm ki, şöbəmiz yanıb, ətraf su içindədir. Orada olan uşaqları başqa yerə, mənimlə birgə iki tibb bacısını isə “Yeni Klinika”ya göndərdilər. Mehriban xanımı mərkəzin direktoru, Hamlet doktoru isə beşinci mərtəbədə yerləşən şöbənin müdiri olaraq tanıyıram. Bizim şöbədə elektrik uzadıcılardan istifadə edilirdi, bununla bağlı hər hansı bir qadağa yox idi”.

Perinatal mərkəzdə böyük tibb bacısı vəzifəsində çalışmış Məxbilə Qurbanova deyib ki, işə gələndə şöbənin su içində olduğunu və hər şeyin yarasız vəziyyətə düşdüyünü görüb. O, həmçinin əlavə edib ki, təqsirləndirilən şəxsləri tanıyır.

Seçilən
33
50
mia.az

10Mənbələr