AZ

Mənşə sertifikatlarının yeni portal üzərindən verilməsinə tam keçid təmin olunacaq

Malın mənşə ölkəsini təsdiq edən müraciətlərin qəbulunun Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Keyfiyyət informasiya sistemi (https://e-keyfiyyet.gov.az/home) üzərindən həyata keçirilməsinə başlanılıb.

Bu məqsədlə Agentlik tərəfindən malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsi prosesinin tam elektronlaşdırılması üçün “Mənşə sertifikatı” alt modulu hazırlanaraq Keyfiyyət informasiya sistemində istifadəyə verilib.

Mənşə sertifikatlarının əldə olunması ilə bağlı müraciətlərin Keyfiyyət informasiya sistemi vasitəsilə edilməsi ixracatçılar üçün bir sıra üstünlüklər yaradır. Bunlara elektron imza və ya asan imzadan istifadə etməklə şəxsi kabinetin yaradılması, real rejimdə müraciətlərin icra statusları barədə dəqiq məlumatların əldə edilməsi, malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi məqsədilə müqavilənin bağlanması və keçirilən ekspertiza üçün xidmət haqqının ödənilməsinin elektron qaydada həyata keçirilməsi, dövlət rüsumlarının elektron qaydada ödənilməsi, müəyyən dövr aralığında əldə edilmiş mənşə sertifikatları barədə statistik məlumatların əldə olunması, ixracatçıların təqdim etdiyi məlumatlar əsasında mənşə sertifikatlarının elektron qaydada formalaşdırılması, mənşə sertifikatlarının çevik və operativ əldə edilməsi və s. aiddir.

Qeyd edək ki, “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair videoçarx Agentliyin rəsmi “Youtube” kanalında yerləşdirilib. Həmçinin “e-keyfiyyet.gov.az” informasiya sisteminin “Elektron xidmətlər” bölməsinin “Mənşə sertifikatlarının alınması üçün müraciət” alt bölməsi vasitəsilə də videoçarxla tanış olmaq mümkündür.

Məlumat üçün bildirək ki, hazırda malın mənşə ölkəsini təsdiq edən sertifikatın əldə olunması üçün müraciətlər İqtisadiyyat Nazirliyinin rəsmi internet saytının “Elektron xidmətlər” bölməsi vasitəsilə qismən elektron qaydada qəbul edilir.

Yeni dəyişikliklə əlaqədar sistemə tam keçid təmin olunduqdan sonra mənşə sertifikatlarının əldə edilməsi prosesində ləngimələrin qarşısının alınması və sistemdən istifadə bacarıqlarının formalaşdırılması məqsədilə sahibkarlara qarşıdakı dövrdə mənşə sertifikatları üçün müraciətlərini Keyfiyyət informasiya sistemi vasitəsilə həyata keçirmələri tövsiyə edilir.

E-keyfiyyet.gov.az” informasiya sistemindən istifadəyə dair yaranmış suallarla bağlı aşağıdakı nömrələr ilə əlaqə saxlamağınız xahiş olunur:

Tel.: (012) 599 76 00 (daxili 5916 və ya 5976)

Mob.: (010) 253 43 12, (051) 215 05 60

Seçilən
13
16
vergiler.az

10Mənbələr