AZ

Trampla görüşdən əvvəl Zelenskiyə böyük dəstək: Onu Ağ Evdə tək qoymayacaqlar

Avropa İttifaqı (Aİ) liderləri ABŞ Prezidenti Donald Trampın Volodimir Zelenskiyə təzyiqi artırmasına və onun Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqlardan sonra Kiyevə yeni tələblər irəli sürməsinə mane olmaq üçün Vaşinqtona gediblər.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” Avropa İttifaqı rəsmilərinə istinadla məlumat yayıb.

“Bizi maraqlandıran məsələ budur ki, müharibə bitdikdən sonra Avropanın təhlükəsizliyinə təhlükə yaranmayacaq”, - mənbə nəşrə bildirib.

Onun sözlərinə görə, Aİ Rusiyaya təzyiq göstərməyə fokuslanıb və danışıqlar uzanarsa, ona qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır. Avropa liderlərinin görmək istədiyi əsas nəticə Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətləridir.

Başqa bir rəsmi qeyd edib ki, Avropadan Ukraynaya dəstək qrupunun Vaşinqtona səfərinin əsas məqsədi Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı Avropa ilə razılaşdırılmış mövqelərə sadiq qalmasına əmin olmaq və Alyaska sammitindən sonra Kiyevə yeni tələblərin irəli sürülməsinə mane olmaq olacaq.

Nəşrin həmsöhbətləri əlavə ediblər ki, səfərin təşəbbüskarı Finlandiya Prezidenti Aleksandr Stubb və NATO baş katibi Mark Rutte olub. Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Böyük Britaniya Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və İtaliya Baş naziri Corciya Meloni də bu məqsədlə Vaşinqtona səfər edib.

Xatırladaq ki, ABŞ və Ukrayna liderləri arasında görüş bu gün Bakı vaxtı ilə saat 21:15-də Ağ Evdə olacaq.
Seçilən
16
50
sherg.az

10Mənbələr