AZ

2024-cü ildə iqlim xərclərinə ayrılan büdcə vəsaiti məlum olub

2024-cü

2024-cü ilin dövlət büdcəsinin “Ətraf mühitin mühafizəsi” üzrə ayrılan vəsaitlərə nəzər salsaq, iqlim dəyişikliyi ilə əlaqəli xərclər 339,7 milyon manata bərabər olub.

“APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, həmin vəsaitin 87,4%-i, yəni 297 milyon manatı qarışıq yəni neytral xərclərə aidolub ki, bu xərclər müxtəlif ekoloji meyarlar üzrə həm müsbət, həm də mənfi təsirə malikxərclərdir. Eyni zamanda həmin xərclərin 12.6 %-i, yəni 42,7 milyon manatı isə yaşıl xərclərolub.

Qeyd edilib ki, “Kənd təsərrüfatı” sektoru üzrə iqlim dəyişikliyi ilə əlaqəli xərclərin məbləği 1075,2 milyon manat bərabər olmuşdur. Həmin xərclərin 100%-i qarışıq xərclərə aiddir. 2024-cü ildə “Ətraf mühitin mühafizəsi” və “Kənd təsərrüfatı” sektorları üzrə iqlim dəyişikliyi ilə əlaqəli xərclər ümumilikdə 1414,9 milyon manata bərabər olmuşdur ki, həmin xərclərin 1395,2 milyon manatı adaptasiya, 19 milyon manatı isə mitiqasiya tədbirlərinə aid olub.

2024-cü ildə “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” sektorları üzrə DİM ilə əlaqəli xərcləri 5773,4 milyon manata bərabər olub.

Seçilən
62
22
xalqcebhesi.az

10Mənbələr