AZ

Lerik rayonu Bibiyani kəndində “Gənclərə iş, Turislərə nəvaziş!” layihəsinin ictimai təqdimatı keçirilib

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi tərəfindən icra olunan "Gənclərə iş, Turistlərə nəvaziş!" adlı maarifləndirici, infrastruktur və davamlı inkişaf layihəsinin Lerik rayonu Bibiyani kəndində geniş ictimai təqdimatı keçirilib.

“Turistik kənd”in – Lerik rayonu Bibiyani kənd icmasının, fəal gənclər qrupunun, turizm, qonaqlama və sahibkarlıq sahəsində fəaliyyət göstərən şəxslərin, yerli icra hakimiyyəti, bələdiyyə, aidiyyətli qurum və struktur təmsilçilərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüş – dəyirmi masanı layihə rəhbəri, ADTGT İctimai Birliyinin sədri Asif Əsgərli açıq elan etdi. A.Əsgərli DTA-nin dəstəyi ilə 4 ay müddətində “Turistik kənd” olan – Lerik rayonunun Bibiyani kəndində icra ediləcək layihənin əsas məqsədi olaraq adıçəkilən kənddə turizm infrastrukturunun modernləşdirilməsi (“turistik ev”lərin avadanlıqla təchizi və abadlığı), regional turizmin inkişafında bölgə gənclərinin “capacity building” (bilik, bacarıq və təcrübə) potensialının artırılmasını və davamlı inkişaf məsələlərini qeyd etdi.

Sonra Bibiyani kəndinin daxil olduğu Vizəzəmin bələdiyyəsinin sədri Babək Nuriyev çıxış edərək, bu layihənin Bibiyani kəndində icra edilməsinin kənd üçün, əhali və ümumilikdə region üçün böyük əhəmiyyət daşıdığını qeyd etdi və layihə ilə bərabər bölgədə dövlət tərəfindən böyük infrastruktur işlərinin aparıldığını da bildirdi. Sonra layihə köməkçisi Gülnarə Bağırova və layihə eksperti Afiq Məlikov çıxış edərək, layihə çərçivəsində kəndin turizm potensialının daha da geniş tanıdılması, bu işdə maraqlı olan kənd gənclərinin icma şəklində bu davamlı fəaliyyətə cəlb olunmasından və eləcədə geniş təbliğat, sosial media və təlim-maarifləndirmə fəaliyyətlərindən danışdılar.

Sonra layihə rəhbəri A.Əsgərli geniş slaydlı PPT təqdimatı ilə layihənin geniş təqdimatını göstərərək, izahat və açıqlama ilə 4 ay müddətində görüləcək işlər, nəzərdə tutulan addımlar, əldə olunacaq nəticələr və davamlılıq amilləri haqqında ətraflı məlumat verdi. Görüş iştirakçıları, o cümlədən, kənd sakinləri layihənin Bibiyani kəndində icrasını alqışladılar və yüksək səviyyədə layihənin icrasına töhfə verəcəklərini qeyd etdilər. Dəyirmi masa sual cavablar və fikir və rəylərin bildirilməsi ilə yekunlaşdı. İctimai təqdimat və gələcək işlərlə əlaqədar layihə heyəti Lerik rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov və Lənkəran regional turizm idarəsinin rəisi İlqar Əzimovla görüşüb, layihə və onun irəliləyən fəaliyyəti barədə ətraflı fikir mübadiləsi və səmərəli birgə əməkdaşlıq məsələlərini də müzakirə etdilər.

Seçilən
0
2
aznews.az

10Mənbələr