AZ

Qəbirstanlıqda yaşayan kişinin meyiti tapıldı

Türkiyənin Denizli şəhərində qəbirstanlıqda yaşayan yaşlı bir kişi ölü halda tapılıb.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, hadisə Merkezefendi rayonunun Şemikler məhəlləsindəki Şemikler məzarlığında baş verib.

Məlumata görə, məzarlıqda yaşayan 60 yaşlı Halil Doğan qurduğu çadırın yanında səhər qəbir qazmaq üçün gələn işçilər tərəfindən hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yeri müayinəsi və Respublika Prokurorluğunun araşdırmasından sonra mərhumun meyiti ekspertiza üçün Denizli Ədli Tibb Qurumu Qrup Rəhbərliyi morquna göndərilib. İlkin araşdırmada bədəndə hər hansı zorakılıq və ya yara izinə rast gəlinməyib, lakin boynunda bir qutu dərman tapılıb. Məlum olub ki, Halil Doğan məzarlığa gələn vətəndaşlara kömək edərək dolanışığını təmin edirmiş.

Seçilən
49
25
heftelik.az

10Mənbələr