AZ

Pakistan kapitallı “MCB BOKT” QSC-nin müşahidə şurasına yeni üzv seçildi

Finss.az - Pakistan kapitallı “MCB BOKT” QSC-nin Müşahidə Şurasına yeni üzv seçilib.

Banker.az xəbər verir ki, Manşa Umer Mohammad bu vəzifəyə gətirilib və Şoaib Mumtaz Şeix Abdul Hamidi əvəz olunub.

Qeyd edək ki, “MCB” 2009-cu ilin oktyabr ayında lizinq şirkəti kimi fəaliyyətə başlayıb. 2019-cu ilin aprelində isə Bank Olmayan Kredit Təşkilatına (BOKT) çevrilib və 2021-ci ilin noyabrında rəsmi lisenziya alıb. Bankın nizamnamə kapitalı 4 283 675 manat təşkil edir.

Səhmdar strukturu belədir: Pakistanın “MCB Bank”ı 99.94%, İdarə Heyətinin sədri Rəmal Cəfər oğlu Cəfərov isə 0.06% paya malikdir.

Əlavə bax: Qızıl və gümüşün fyuçers qiymətləri yüksəlib – COMEX birjası məlumatları

 

Seçilən
39
48
fins.az

10Mənbələr