Rüşvətxorluğa qarşı idarəetmə sistemlərinin təkmilləşdirilməsi istiqamətində yeni dövlət standartı təsdiqlənib.
Moderator.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 37001:2025 "Rüşvətxorluğa qarşı idarəetmə sistemləri. Tələblər və istifadəyə dair rəhbəredici göstərişlər" yeni dövlət standartı qəbul edilib.
Yeni dövlət standartı rüşvətxorluğa qarşı idarəetmə sisteminin yaradılması, tətbiqi, işlək vəziyyətdə saxlanması, qiymətləndirilməsi və təkmilləşdirilməsi üçün tələbləri müəyyən edir.