AZ

"ChatGPT" düşünmək qabiliyyətimizi zəiflədir? - Ekspert açıqladı

"Süni intellekt təbii ki, insanların həyatını və işlərini asanlaşdırır. Ama burada işin inisiativini tamamən süni intellektə buraxmaq da düzgün deyil". 

Bu fikirləri Missiya.Az-a təhsil eksperti Elçin Süleymanov deyib.

Onun sözlərinə görə, ChatGPT və bənzəri poqramlar ancaq düzgün sual soruşduqda doğru cavabı verir. Buna görə də, verdiyi məlumatı yenidən araşdırmaq zəruridir:

"Xüsusiylə elmi tədqiqatlarda ChatGPT bəzən olmayan bir məqalə, yaxud olmayan bir kitabı referans olaraq göstərə bilir və rəqəmləri, dataları bəzən heç bir əsası olmadan təqdim edir. Ona görə süni intellekt daha çox korrektə, tərcümə və dizayn istiqamətində istifadəsi daha məqsədə uyğundur".

Ekspert bildirib ki, əksər tədqiqatlarda süni intellektdən həddən artıq istifadə insanların analitik bacarıqlarının zəiflədərək düşüncə və baxış bucağını məhdudlaşdırır:

"Orta təhsildə şagirdlər ev tapşırıqları və sairəni süni intellektdən istifadə edərək həll edir, eləcə də, universitetlərdə məqalə, dissertasiya işi yazılakən bunun özü çox böyük etik problemdir. Həmçinin ilk başlarda da süni intellekt nə qədər piar etdirilərək onun imkanları nümayiş edilsə də, düzgün istifadə burada daha məqsədə müvafiqdir". 

Elçin Süleymanov bu proqramlardan plagyat və köçürmə məqsədli istifadənin etik olmaması ilə bərabər pedoqoji fəaliyyəti çətinləşdirdiyini də vurğulayıb.

"Süni intellektdən dügün məlumatı aldıqdan sonra onları toplayıb sistemləşdirmək lazımdır. Daha sonra bu məlumat toplusunu insan öz düşüncəsini ortaya qoymaqla keyfiyyətli hala gətirə bilər".- E.Süleymanov əlavə edib.

İlahə QənbərliMissiya.Az

Seçilən
0
50
missiya.az

10Mənbələr